Qaydalar

5/36

“5/36” lotereyasının biletlərini əldə etmək üçün 1-dən 36-dək rəqəmlərdən istifadə edərək öz biletinizi doldurursuz

img

Lototrona 1-dən 36-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir.Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 5 (beş) ədəd şar (çəllək) çıxarılır.Çıxarılmış 5 (beş) şarın (çəllək) nömrələri lotereya biletində əks olunan sətrdəki nömrələrin 5(beş) -i, 4(dörd) -ü və 3(üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır. Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.

I –ci kateqoriya → 5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır

II –ci kateqoriya → 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır

III –ci kateqoriya → 3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 30 – 70% - ni qazanır

Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.

"Cek Pot" un oynanılması qaydası

“Cek Pot” 5(beş) rəqəm udulduğu halda oynanılır və yalnız 5(beş) rəqəmləri uyğun gələn variantlar “Cek Pot” un oynanılmasında iştirak edir. 1-dən 36-dək işarələnmiş şarlar (çəllək) yenidən lototrona daxil edilir, qarışdırılır və 1 (bir) ədəd şar (çəllək) çıxarılır.

Çıxarılmış şarın (çəllək) nömrəsi “Cek Pot” un oynanılmasında iştirak edən variantın nömrələrinin 1(bir)-i ilə uyğun gələrsə “Cek Pot” udulmuş hesab olunur.

“Cek Pot”u udan variant yalnız “Cek Pot”un məbləğinə sahib olur!!!.

6/40

“6/40” lotereyasının biletlərini əldə etmək üçün 1-dən 40-dək rəqəmlərdən istifadə edərək öz biletinizi doldurursuz

img

Lototrona 1-dən 40-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 6 (altı) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 6 (altı) şarın (çəllək) nömrələri lotereya biletindəki variantın nömrələrinin 6(altı)-sı, 5(beş) -i, 4(dörd) -ü və 3(üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır.

I –ci kateqoriya → 6 (altı) rəqəm uyğun gələn biletlər “Cek Pot”a sahib olur

II –ci kateqoriya → 5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 5 – 15 %-ni qazanır

III –cü kateqoriya → 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 20 – 40 %-ni qazanır

IV kateqoriya → 3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 40 – 60% - ni qazanır

MƏSƏLƏN: Lototrondan çıxan rəqəmlər: 1, 16, 26, 32, 28, 22 Bu halda yuxardakı şəkildə “000000” nömrəli bilet “Cek Pot”u qazanır. Bir neçə bilet uduşlu olarsa məbləğ bu biletlər arasında bərabər olaraq bölüşdürülür.

Binqo

“Binqo” lotereya biletinin üzərində hər birində 6 xana olan 5 (beş) sətirdən ibarət lövhə əks olunub. Lövhənin hər sətrində 5 (beş) rəqəm göstərilməklə hər lotereya biletində cəmi 25 (iyirmi beş) rəqəm öz əksini tapır. Oyunda 1-dən 60-dək nömrələnmiş şar olan xüsusi lototrondan, bir bir, ardıcıllıqla 56 (əlli altı) ədəd şar çıxarılır. Oyun 5 (beş) turdan ibarətdir.

1 - Birinci turda istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Hər hansı bir üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez, tam dolan bilet “Cek Pot” pul mükafatını udur. ”Cek Pot”u qazanan bilet oyunu davam edir.

img

2 - İkinci turda lotereya biletinin hər hansı iki üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Bu turda, hər hansı iki üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez, tam dolan bilet “Meqa Pot” pul mükafatını udur.”Meqa Pot” pul mükafatını qazanan bilet oyunu davam edir.

img

3 - Üçüncü turda lotereya biletinin hər hansı üç üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır və "Chevrolet AVEO" avtomobilini qazanır.Əgər bir neçə bilet uduşlu olarsa avtomobilin məbləği uduşa düşmüş lotereya biletləri arasında bərabər olaraq bölüşdürülür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Bu turda, hər hansı üç üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez, tam dolan bilet “Binqo” pul mükafatını udur.”Binqo” pul mükafatını qazanan bilet oyunu davam edir.

img

4 - Dördüncü turda lotereya biletinin hər hansı dörd üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. Bu turda, hər hansı dörd üfüqi sırası əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez, tam dolan bilet “Super Binqo” pul mükafatını udur.”Super Binqo” pul mükafatını udan bilet oyunu sona qədər davam edir

img

5 - Beşinci turda beş üfüqi sırası tam dolmuş biletlər uduşlu sayılır. Bu turda bütün xanaları, əvvəlcədən elan edilmiş (daxil olmaqla) gedişə qədər, ən tez tam dolan bilet “Fortuna” pul mükafatını udur. Beşinci tur ən azı 54 (əlli dörd) gediş daxil olmaqla uduş fondu bitənədək davam edir.

img

Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə ardıcıl 4 (dörd) rəqəm müəyyən edilir:

- Bu ardıcıl rəqəmlər lotereya biletinin nömrəsinin son 4 (dörd) rəqəmi ilə uyğun gələrsə, bilet 200 (iki yüz) manat udur.

- Bu ardıcıl rəqəmlərdən son 3 (üçü) lotereya biletinin nömrəsinin son 3 (üç) rəqəmi ilə uyğun gələrsə, bilet 20 (iyirmi) manat udur.

- Bu ardıcıl rəqəmlərdən son 2 (ikisi) lotereya biletinin nömrəsinin son 2 (iki) rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

Klassik loto

Oyunda 1-dən 90-dək nömrələnmiş şarlar (və ya çəlləklər) istifadə olunur. Şarlar (çəlləklər) xüsusi lototrona (və ya torbaya) yerləşdirilir, qarışdırılır və bundan sonra bir-bir ardıcıllıqla çıxarılır. Əsas oyun zamanı lototrondan (torbadan) 77 (yetmiş yeddi) ədəd şar (çəllək) çıxarılır. Lototrondan (torbadan) çıxmış şarlar (çəlləklər) lototrona (torbaya) yenidən qaytarılmır.

Lotereya biletinin üzərində iki oyun lövhəsi əks olunub. Hər əsas lövhədə cəmi 27 (iyirmi yeddi) xana var (3 üfüqi sıra və 9 şaquli sütun). Hər sırada 5 (beş) rəqəm göstərilməklə lövhədə cəmi 15 rəqəm, hər lotereya biletində isə cəmi 30 (otuz) rəqəm öz əksini tapır.

img
Oyun üç turdan ibarətdir:

1. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet uduşlu sayılır. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “Cek Pot” u udur. Birinci turda uduşa düşmüş biletlər oyunu davam edir.

img

2. İkinci turda lotereya biletinin lövhələrindən hər hansı biri, ən tez, dolmuş bilet "NİSSAN SUNNY" avtomobilini qazanır. Əgər bir neçə bilet uduşlu olarsa avtomobilin məbləği uduşa düşmüş lotereya biletlərinin arasında bərabər olaraq bölüşdürülür. 2-ci turda lotereya biletinin iki lövhəsindən hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “MEGA POT”u udur. Belə olan halda ikinci tur başa çatmış hesab edilir. İkinci turda uduşa düşmüş bilet oyunu davam edir.

img

3. Üçüncü tur ən azı 75-ci gedişə (daxil olmaqla) qədər davam edir və hər hansı bir lövhəsi dolmuş bilet uduşlu sayılır (əgər bir biletin hər iki lövhəsi dolmuşsa uduşlar cəmlənir). Bu turda ilk uduş əvvəlcədən qeyd olunmuş müəyyən məbləğdir, bir neçə bilet qalib gəldikdə bu məbləğ onlar arsında bərabər bölünür. Əsas oyunun birinci və ikinci turlarının qalibliyinə ilk namizədlər (gözləyənlər) mükafatlandırılırlar.

img
“Klassik Loto” tirajlı lotereyasında əsas oyunun sonunda lototronda (torbada) qalan şarların (çəlləyin) nömrələri lotereya biletinin lövhələrindən birində əks olunmuş rəqəmlərin ən azı 6-sı ilə üst-üstə düşərsə, həmin lotereya bileti ən azı 1 manat udur.

Əsas oyuna əlavə olaraq həvəsləndirici uduşlar oynanılır. Həvəsləndirici turda uduşa düşən lotereya bileti üzrə yalnız ən iri uduş məbləği ödənilir (diğər uduşlar bu uduşa əlavə olunmur)

Belə ki, əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə ardıcıl 4 (dörd) rəqəm müəyyən edilir:

— Bu rəqəmlərdən son 4 (dördü) lotereya biletinin nömrəsinin son (4) dörd rəqəmi ilə uyğun gələrsə, bilet 200 (iki yüz) manat udur.

— Bu rəqəmlərdən son 3 (üçü) lotereya biletinin nömrəsinin son (3) üç rəqəmi ilə uyğun gələrsə, bilet 20 (iyirmi) manat udur.

— Bu rəqəmlərdən son 2 (ikisi) lotereya biletinin nömrəsinin son (2) iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki ) manat udur.

**0000 → 200 manat

***000 → 20 manat

****00 → 20 manat

Super loto

Lotereya biletinin qiyməti: 1 (bir) manat.

Uduş fondunun oynanılması qaydası:
Oyunda 1-dən 90-dək nömrələnmiş şarlar (və ya çəlləklər) istifadə olunur. Şarlar (çəlləklər) xüsusi lototrona (və ya torbaya) yerləşdirilir, qarışdırılır və bundan sonra bir-bir ardıcıllıqla çıxarılır. Əsas oyun zamanı lototrondan (torbadan) ən azı 72 (yetmiş iki) ədəd şar (çəllək) çıxarılır. Oyunun mahiyyəti, lototrondan (torbadan) çıxmış şarların (çəlləklərin) nömrələrinin lotereya biletinin lövhələrində əks olunmuş rəqəmlər ilə üst-üstə düşməsindən ibarətdir.

Lotereya biletinin üzərində üç oyun lövhəsi əks olunub.

img

Oyun üç turdan ibarətdir:
Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet uduşlu sayılır.

img

Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “Cek Pot”u udur. Birinci turda uduşa düşmüş biletlər oyunu davam edir. İkinci turda lotereya biletinin lövhələrindən hər hansı biri, ən tez, dolmuş bilet “Kia Rio” avtomobilinə sahib olur.

“Kia Rio” avtomobili bir və ya bir neçə bilet tərəfindən udulduğu halda avtomobilinin dəyəri uduşa düşmüş lotereya biletləri arasında bərabər olaraq bölüşdürülür.

img
2-ci turda lotereya biletinin lövhələrindən hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “Meqa Pot”u udur. Belə olan halda ikinci tur başa çatmış hesab edilir. İkinci tur zamanı “Meqa Pot” udulduğu halda, ikinci tura ayrılan məbləğ (“Kia Rio” avtomobilinin dəyəri) bu uduşa əlavə edilmir. İkinci turda uduşa düşmüş bilet oyunu davam edir.

Üçüncü tur ən azı 72-ci gedişə (daxil olmaqla) qədər davam edir və hər hansı bir lövhəsi dolmuş bilet uduşlu sayılır (əgər bir biletin hər iki və ya üç lövhəsi dolmuşsa uduşlar cəmlənir). Əsas oyunun birinci və ikinci turlarının qalibliyinə ilk namizədlər (gözləyənlər) mükafatlandırılırlar. “Super Loto” tirajlı lotereyasında əsas oyunun sonunda lototronda (torbada) qalan şarların (çəlləyin) nömrələri lotereya biletinin lövhələrindən birində əks olunmuş rəqəmlərin ən azı 6-sı ilə üst-üstə düşərsə, həmin lotereya bileti ən azı 1 (bir) manat udur.

img