5/36: Qaydalar

“5/36” lotereyasının biletlərini əldə etmək üçün 1-dən 36-dək rəqəmlərdən istifadə edərək öz biletinizi doldurursuz

img

Lototrona 1-dən 36-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir.Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 5 (beş) ədəd şar (çəllək) çıxarılır.Çıxarılmış 5 (beş) şarın (çəllək) nömrələri lotereya biletində əks olunan sətrdəki nömrələrin 5(beş) -i, 4(dörd) -ü və 3(üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır. Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.

I –ci kateqoriya → 5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır

II –ci kateqoriya → 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır

III –ci kateqoriya → 3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 30 – 70% - ni qazanır

Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.

"Cek Pot" un oynanılması qaydası

“Cek Pot” 5(beş) rəqəm udulduğu halda oynanılır və yalnız 5(beş) rəqəmləri uyğun gələn variantlar “Cek Pot” un oynanılmasında iştirak edir. 1-dən 36-dək işarələnmiş şarlar (çəllək) yenidən lototrona daxil edilir, qarışdırılır və 1 (bir) ədəd şar (çəllək) çıxarılır.

Çıxarılmış şarın (çəllək) nömrəsi “Cek Pot” un oynanılmasında iştirak edən variantın nömrələrinin 1(bir)-i ilə uyğun gələrsə “Cek Pot” udulmuş hesab olunur.

“Cek Pot”u udan variant yalnız “Cek Pot”un məbləğinə sahib olur!!!.