Yardım

QEYDİYYAT

Loto hesabı necə açılır?

Loto.az saytına daxil olunur, Qeydiyyat düyməsinə vurulur, açılan qeydiyyat ərizə formasında Ad, Soyad və hazırda işlək vəziyyətdə olan istənilən mobil operatora məxsus mobil nömrə qeyd olunur və aşağıda Qeydiyyatdan keç düyməsinə vurulur. Bu zaman qeydiyyatdan keçdiyiniz mobil nömrənizə SMS ilə dörd simvoldan ibarət aktivasiya kodu gəlir. Həmin aktivasiya kodunu yazıb hesabınızı aktivləşdirirsiniz. Sonra loto.az saytında Mobil Nömrə xanasına qeydiyyatdan keçdiyiniz mobil nömrənizi, Parol xanasına isə qeydiyyatdan keçəndə yazdığınız şifrəni yazıb Daxil ol düyməsini vurursunuz və hesabınıza daxil olursunuz.

QEYD:
Loto.az hesabı açılıdıqda lotereya biletlərinin alışı üçün həmçinin sizin üçün Portmanat (elektron pulqabı) hesabı da açılır. Yeni açılan Portmanat hesabında sizin logininiz və parolunuz loto.az hesab məlumatları (login, parol) ilə eynidir. Əgər loto.az hesabınızdakı login mobil nömrə Portmanat hesabınızda qeydiyyatdadırsa, o zaman hər iki hesabınız avtomatik əlaqələnir.

Parolu necə dəyişmək olar?

Loto.az saytında hər hansı oynu oynamaq istəyəndə açılan səhifədə Şəxsi Məlumatlar bölməsinə daxil olunur, pəncərənin yuxarı hissəsində Parolu dəyiş düyməsinə vurulur. Bu zaman açılan Parol Dəyişmə ərizə formasında Köhnə parol xanasına hal-hazırda işlətdiyiniz parol, Yeni parol xanasında yeni işlədəcəyiniz parol, Yeni parolun təkrarı xanasında yeni işlədəcəyəniz parol təkrar qeyd edilir və aşağıdakı Yadda saxla düyməsinə vurulur.

BALANS ƏMƏLİYYATLARI

Loto balansımı hansı üsullarla artıra bilərəm?

1. Portmanat Kod
Portmanat saytında Balans artır düyməsinə vurulur, açılan səhifədə göstərilən variantlar arasından Portmanat Kod seçilib vurulur. Açılan səhifədə Kodu daxil edin xanasına on üç rəqəmdən ibarət Portmanat Kod şifrəsi daxil edilib, Balans artır düyməsinə vurulur.

2. Plastik Kart
Portmanat saytında Balans artır düyməsinə vurulur, açılan səhifədə göstərilən variantlar arasından Plastik kart seçilib vurulur. Açılan səhifədə Məbləği daxil edin xanasına istənilən məbləğ daxil edilib, Balans artır düyməsinə vurulur. Bu zaman Portmanat hesabınıza bağlı olan mobil nömrənizə SMS vasitəsilə dörd simvoldan ibarət kod göndərilir, sonra mobil nömrəyə gələn kod Şifrə xanasına daxil edilib,Təsdiq edin düyməsi vurulur. Açılan səhifədə Ödəniş səhifəsinə keçin düyməsini vurmaqla plastik kart rekivizitlərini doldurma ərizəsinə keçilir. Burada Kart nömrəsixanasına on altı rəqəmdən ibarət plastik kartın nömrəsi, İstifadə müddəti xanasına kartın istifadə müddətinin son tarixi, CVV2/CVC2 xanasına kartın arxa üzündə əks olunmuş üç rəqəmdən ibarət olan kod daxil edilir və Təsdiq edin düyməsi vurulur.

3. MilliÖN - eManat - Easypay
MilliÖN aparatları vasitəsilə Portmanat balansını artırmaq üçün cihazın ekranında Elektron pul kisəsi seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımi xanada qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsinə vurulur.
eManat aparatları vasitəsilə Portmanat balansını artırmaqdan ötrü cihazın ekranındaE-pulqabı seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımı xanada qeyd olunur, 1AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsinə vurulur.

Portmanat Kod-u necə əldə edə bilərəm?

Portmanat Kod həm skreç kart halında, həm də elektron formatda mövcuddur:

1. Portmanat Kod-u skreç kart halında xüsusi mağazalardan əldə etmək mümkündür. Mağazaların ünvanlarını buradan öyrənə bilərsiniz.

2. MilliÖN, eManat, Easypay

MilliÖN aparatlarından Portmanat Kod almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Code düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nomrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.

Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.

eManat aparatlarından Portmanat Code şifrəsini almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Kod düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nömrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.

Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.

Mobil telefonla necə balansımı artıra bilərəm?

Mobil telefonla Portmanat qeydiyyatlı nömrənizdən SMS və ya USSD xidmətləri vasitəsi ilə Portmanat Kodla balansınızı artıra bilərsiniz. (tezliklə..)

NAĞDLAŞDIRMA

Loto hesabımdan necə pul çıxara bilərəm?

Hal-hazırda Bakı şəhəri, Qurban Xəlilov 3 ünvanında 2-ci mərtəbədə yerləşən mərkəzi ofisə gələrək hesabınızdakı pulu nağdlaşdıra bilərsiniz. Gələcəkdə nağdlaşdırma xidmətlərinin artırılması planlaşdırılır.